Aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 📍Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək.Qəbulda Abşeron ilə yanaşı, Xızı rayon sakinləri də iştirak edə bilərlər.
📌 Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminatı və digər sosial məsələlər üzrə müraciətləri cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar 14 aprel 2026-cı il tarixinə qədər (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.