Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlərAgentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağstafa şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Ağstafa ilə yanaşı Tovuz və Qazax rayonlarından olan 40-a yaxın sakin iştirak edib.
Qəbul zamanı imtiyazlı şəxslərin ev və avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılıb.
Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.