03.09.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Balakən rayonunda vətəndaşları qəbul edəcək

Sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Balakən rayonunda vətəndaş qəbulu keçirəcək.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar sentyabrın 18-dək  (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.