20.09.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Balakəndə vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Balakən rayonunda vətəndaş qəbulu keçirib. 

Qəbulda 20-ə yaxın vətəndaş iştirak edib. 

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılıb. 

Vətəndaş qəbulları mütəmadi olaraq müxtəlif rayonlarda təşkil edilir və müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır. 

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5611, 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.