Martın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Yevlax şəhərində vətəndaş qəbulu keçiriləcək. Qəbulda Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhərinin sakinləri də iştirak edə bilərlər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar martın 5-dək (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.