29.03.2024

Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Şamaxı ”ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Şamaxı ”ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilən tədbirdə ”ASAN xidmət” mərkəzinin könüllüləri iştirak edib.

Tədbirdə iştirakçılara İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və burada göstərilən xidmətlər, mərkəzin insan alveri və potensial insan alveri qurbanları ilə apardığı sosial reabilitasiya, eləcə də cəmiyyətə reinteqrasiyasına və normal həyat tərzinə qaytarılması işləri haqqında məlumatlar verilib.

Bu kimi hallarla qarşılaşmamaq üçün diqqət edilməli məqamlardan danışılıb və könüllüləri maraqlandıran suallar cavablandırılıb.