Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialında gənclər üçün bir günlük təcrübə səfəri təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin "Təcrübə üçün səfər et" layihəsi çərçivəsində cənub rayonlarından olan bir qrup gənc Agentliyin regional filialının iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Əməkdaşlar tərəfindən gənclərə Agentliyin fəaliyyət istiqamətləri, göstərilən sosial xidmətlər, vəzifə öhdəlikləri və digər məlumatlar verilib.
Proseslə əyani tanışlıq gənclərin marağına səbəb olub.