22.04.2024

Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib. 

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin valideynləri üçün nəzərdə tutulan “Açıq qapı” günü çərçivəsində “Ümidli valideyn” adlı qrup terapiyası təşkil edilib.
 
Qrup terapiyasının həyata keçirilməsində məqsəd valideynlərin təcrübələrini paylaşmaq, çətinliklərlə mübarizədə yeni üsullar əldə etmək, özünüqiymətləndirmə və özünəinam hissini yüksəltmək, kompleksləri aradan qaldırmaqdır. 

Terapiya zamanı valideynlərin keçmişdən gələn, həll edilməmiş problemləri ilə üzləşməsi, psixi sağlamlığın əldə edilməsi ilə valideynlik bacarıqlarına müsbət təsir göstərilməsi, özünüdərketmə və özünüifadə bacarıqlarının inkişafına nail olunmasına diqqət yetirilib. 

Terapiya zamanı həmçinin müxtəlif psixoloji oyunlar və art-terapiyanın fərqli texnikalarından istifadə olunub.

Hazırda Nərimanov İxtisaslaşmış Sosial Xidmət Mərkəzində 50-dən çox uşaq müvafiq sosial xidmətlərlə təmin edilir.