Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Belçikanın Antverpen şəhərində keçirilən “32-ci Avropa Sosial Konfransı”nda təmsil olunur.
Konfrans çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet və qurumun baş icraçı direktoru Alfonso Lara-Montero ilə görüşüb.
Tədbir iştirakçılarına Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərin əhatə olunduqları dövlət qayğısı, həmçinin mühüm sosial dəstək proqramları barədə məlumatlar verilib, prioritet mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, 26-28 iyun tarixlərində Belçika Krallığının Antverpen şəhərində Avropa Sosial Şəbəkəsinin “32-ci Avropa Sosial Konfransı” keçirilir.