18.06.2023

Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kompleksin əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Paralimpiya Komitəsinin, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi-müəllimləri və idmançıları iştirak ediblər. Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunan görüşdə iştirakçılar insan hüquqları və onların müdafiəsi barədə məlumatlandırılıb. Mövcud qanunvericilik sahəsində onlara ətraflı məlumat verilib.
Sonda tədbirin idmançı iştirakçıları ölkəmizdə əlilliyi olan şəxslərə idmanla məşğul olmaq, ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək üçün yaradılan şəraitdən və əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışıblar.