Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində “İnsan hüquqları aylığı”na həsr edilən tədbir keçirilib.
Kompleksin əməkdaşlarının, məşqçi-müəllimlərin və idmançıların iştirakı ilə keçirilən görüşdə “Əlilliyi olan şəxslərin idman sahəsində hüquqları” mövzusunda çıxışlar edilib.
“İnsan hüquqları aylığı”nın əhəmiyyəti və ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən danışılıb.
Kompleksdə əlilliyi olan şəxslər üçün paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, tennis, boccia və s. paralimpiya idman növləri üzrə təlim-məşqlər keçirilir. Burada həmin kateqoriyadan olan şəxslərin idman bacarıqlarının artırılmasına, müxtəlif idman yarışlarına hazırlaşmalarına, idmanda uğurlar qazanmalarına, idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.