17.06.2023

Sosial Xidmətlər Agentliyinin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə insan hüquqları haqqında əsas anlayışlar və insan hüquqlarının tarixi, insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi, insan hüquqlarının təsnifatı və insan hüquqları günü mövzularında çıxışlar dinlənilib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.