Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonu üzrə Sosial Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim təşkil edilib.
Təlimdə Sosial Xidmət Mərkəzinin xidmətlərinə cəlb edilmiş uşaqların valideynləri iştirak edib. Görüş zamanı mütəxəssislər sosial-psixoloji və loqopedik xidmətlərin uşaqların inkişafındakı rolu barədə təqdimatlar ediblər. Eləcə də valideynlərə ev şəraitində uşaqları ilə edə biləcəkləri bəzi psixoloji-loqopedik oyun və texnikalar öyrədilib.
Təlimin məqsədi uşaqlara diqqət və qayğının daha da artırılması, erkən müdaxilə ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan azyaşlıların reabilitasiyasına dəstək göstərilməsidir.
Sonda valideynlərə uşaqlarla aktiv fəaliyyət aparmaları üçün əyani vəsaitlər paylanıb.