Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Samux rayonunda vətəndaş qəbulu keçirib.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbulları mütəmadi olaraq müxtəlif rayonlarda təşkil edilir və müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır.
Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar 📞(012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, 📧 sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.