26.03.2024

Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhidlərimizin övladları üçün Novruz şənlikləri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhidlərimizin övladları üçün Novruz şənlikləri təşkil edilib. 

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtının səmərəli təşkili olub. 

Bayram şənliklərində ümumilikdə şəhidlərimizin 2000-dən çox əmanəti iştirak edib. 

Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim olunan şeir, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.