Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiya proqramına cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün bayram tədbiri təşkil edilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Gələcəyin səsi” adlı tədbir Sumqayıt şəhərində Əli Kərim adına poeziya evində keçirilib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından danışıb.
İştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, bu sahədə həyata keçirilən sosial müdafiə tədbirləri və proqramlar barədə ətraflı məlumatlar verilib.
Sonra Sumqayıt Sosial Xidmət Kabinetinin xidmətlərindən yararlanan uşaqların ifasında rəqs və musiqi nümunələri təqdim edilib, bədii qiraət sahəsində bacarıqları nümayiş olunub.
Görüş əyləncəli proqramlarla davam edib və uşaqlara xoş əhval-ruhiyyə, bayram ovqatı bəxş edib.