24.05.2024

Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində növbəti maarifləndirmə görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində növbəti maarifləndirmə görüşü təşkil edilib. 

Bakının Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə keçirilən görüşdə bu xidmətin mahiyyəti və məktəblilər üçün əhəmiyyətindən danışılıb. 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə xüsusi qayğıya ehtiyacı olan, həssas kateqoriyaya aid edilən uşaqlarla aparılan sosial işin onların gələcək inkişafı baxımından vacib olduğu qeyd edilib. 

Tədbirin sonunda Agentliyin əməkdaşları məktəbin 5-ci sinif şagirdlərinin suallarını cavablandırıblar və mövzu ətrafında müzakirələr aparılıb.