12.09.2024

Sosial Xidmətlər Agentliyinin UNICEF ilə əməkdaşlığı çərçivəsində keçirilən təlimlər yekunlaşıb

Türkiyədən dəvət edilən təlimçi, Ankara Universitetinin professoru Elif Gökçearslanın Agentliyin müvafiq departamentlərinin əməkdaşları üçün “sosial işdə superviziya” və regional filiallarında çalışan sosial işçilər üçün “sosial işdə keys menecment” mövzularını əhatə edən təlimləri başa çatıb.

Təlimçi Agentliyin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş və həssas əhali qruplarından olan şəxslərlə iş sahəsində fəaliyyətini həyata keçirən əməkdaşlarına müraciətlərin qiymətləndirilməsi, şəxsin ən ümdə maraqlarına cavab verən qərarların qəbul edilməsi və keys menecment alətlərinin tətbiqi üzrə biliklər aşılayıb. Təlimdə, həmçinin müvafiq sahə üzrə keys-menecment alətlərinin praktikada tətbiqi qaydasından bəhs edilib.

Türkiyəli mütəxəssis iştirakçılara himayədar ailə modelinin əhəmiyyəti, bu sahədə nümunələr, xidmətin həyata keçirilməsinin əsasları, himayədar ailə qayğısı ilə bağlı biliklərin öyrədilməsi və inkişaf etdirilməsi metodları haqda məlumat verib. 

Mərhələlər şəklində keçirilən təlimlər zamanı iştirakçılara müvafiq sahələrlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrədilib. 

Qeyd edək ki, iyul ayında başlayan təlimlər ümumilikdə 4 mərhələni əhatə edib.