Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş xidməti” mövzusunda daha bir maarifləndirici görüş Mingəçevir şəhərində keçirilib.
Agentliyin əməkdaşları 10 saylı tam orta məktəbin şagirdləri və kollektivinə layihənin əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. İştirakçılar “Təhsildə sosial iş xidməti”nin mahiyyəti, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və digər vacib məqamlarla bağlı məlumatlandırılıblar.
Xidmətin əsas məqsədi uşaqların sosial müdafiəsini həyata keçirmək, onların hüquqlarını təmin etmək, diqqət və qayğını təşviq etməklə azyaşlılara qarşı pis rəftarın və zorakılığın qarşısını almaq, həmçinin bu sahədə məlumatlılığı artırmaqdır.