27.04.2026

"Uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının mənfi nəticələri" mövzusunda məktəblilərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə "Uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının mənfi nəticələri" mövzusunda görüş keçirilib. 

Tədbirdə şagird və müəllimlərlə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqları komissiyasının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri və QHT üzvləri iştirak ediblər. 

Görüş zamanı mövzu ilə bağlı təqdimatlar edilib, uşaq əməyinin, eləcə də uşaqların cinsi istismarı hallarının cəmiyyətə və fərdlərə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlərdən və mövcud qanunvericilikdən bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.