Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səfər təşkil edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirdə uşaqlara Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlar verilib.
Sonra ziyarətçilər müxtəlif kitablarla tanış olmaq və bədii qiraət imkanı əldə ediblər.
Sonra uşaqlar “Cırtdan” və “Tıq-tıq xanım” nağıllarından səhnəciklər canlandırıblar.
Kitabxanaya səfər uşaqların asudə vaxtının səmərəli təşkili və onlarda mütaliəyə marağın artırılması məqsədi daşıyıb.