07.06.2023

Uşaq hüquqları nədir və necə qorunur?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Aylıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həssas əhali qruplarından olan şəxslərin maarifləndirilməsi istiqamətində keçirilən tədbirlər “Uşaq hüquqları nədir və necə qorunur?” və “Sağlam gələcək üçün erkən nikaha son deyək!” mövzularına həsr olunub.

Təlimlər zamanı iştirakçılara “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun maddələri izah edilib, uşaqların hüquqları və vəzifələri haqqında məlumat verilib.

Təlimlərin keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi, habelə uşaqlar arasında erkən nikahla bağlı maarifləndirmə işinin aparılması olub.