Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 1 saylı sosial xidmət müəssisəsinin sakinləri və Bakı Xoreoqrafiya Akademiyasının şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Agentliyin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda qeyd olunan kateqoriyadan olan 279 uşağa xidmət göstərilir.
Hər iki müəssisədə 5-18 yaşlı təhsilə cəlb olunmayan uşaqlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyaları təşkili edilir.
Bu kimi tədbirlər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir. Konsertdə azyaşlıların təqdimatında rəqs nömrələri nümayiş olunub və müxtəlif musiqi alətlərində ifaları dinlənilib.