Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi” mövzusunda təlim keçirilib.
Təlimə Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında sosial xidmət göstərən günərzi qayğı mərkəzlərinin psixoloqları, pedaqoqları və sosial işçiləri cəlb edilib.
Agentliyin əməkdaşı Lamiyə Əliyeva bildirib ki, təlimin məqsədi ölkəmizdə uşaqların cinsi zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, zorakılıqdan zərər çəkmiş uşaqların sosial müdafiəsi, habelə uşaq zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.
Onlayn təlim zamanı iştirakçılar həmçinin zorakılığın yaratdığı sosial problemlər və bu sahədə atılmalı zəruri addımlar mövzusunda məlumatlandırılıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.