27.03.2023

Vüqar Behbudov Ağstafa rayonunda şəhid Rusif Quliyevin ailəsini ziyarət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağstafa rayonunda şəhid Rusif Quliyevin ailəsini ziyarət edib.

44 günlük Vətən müharibəsində şücaətlər göstərən Rusif Quliyev Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamları ilə Rusif Quliyev 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

4 yaşlı qızı yadigar qalan şəhidimizin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.

Görüşdə şəhidimizin döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidliklərdən danışılıb. Qeyd olunub ki, bütün şəhidlərimiz kimi, Rusif Quliyevin də xatirəsi daim ürəyimizdə yaşayacaq. Ailənin bundan sonra da hər zaman qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.