Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Göygöl rayonunda şəhid kiçik leytenant Seymur Abbasovun ailəsini ziyarət edib.
Vətən müharibəsi şəhidi Seymur Müşviq oğlu Abbasov 8 noyabr 2020-ci il tarixində Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl şəhərindəki yeni yaşayış binasında 2 otaqlı tam təmirli mənzillə təmin edilib. Həmçinin ailəyə sosial ödənişlər təyin edilib və ailə ilə bağlı digər sosial dəstək tədbirləri həyata keçirilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, şərəfli döyüş yolundan bəhs edilib. Şəhid Seymur Abbasovun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.