22.05.2023

Vüqar Behbudov İsmayıllı şəhərində şəhid Aqil Mirzəliyevin ailəsini ziyarət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İsmayıllı şəhərində şəhid Aqil Mirzəliyevin ailəsini ziyarət edib. 
Aqil Mehman oğlu Mirzəliyev 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 
Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük Vətən müharibəsinin ilk günlərindən haqq savaşımıza qatılan Aqil Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən şiddətli döyüşlərdə şücaət göstərib. 
2020-ci ilin 20 oktyabr tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən gərgin döyüşlərin birində qəhrəmancasına şəhid olub. 
Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət“ ordeni, “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 
Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunmaqla yanaşı, sosial ödənişlər təyin edilib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsi 2 otaqlı mənzillə təmin olunub. 
Ziyarət zamanı Aqil Mirzəliyevin vətənpərvərliyindən, həmçinin döyüş yolundan danışılıb. Şəhidimizin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.