Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində Od çərşənbəsinə həsr olunan şənlik keçirilib.
Uşaqlar tonqalın ətrafına toplaşıb, çərşənbələrin mahiyyəti və Novruzun qədim ənənələri onlara izah olunub.
Şənlik çərçivəsində müxtəlif oyunlar keçirilib, uşaqlara bayram sovqatları təqdim olunub. Tədbir əlilliyi olan uşaqların hazırladıqları səhnəciklər, rəqslər və digər musiqili təqdimatlarla davam edib.
Bu kimi tədbirlər uşaqların sosial bacarıqlarının inkişafına, cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir və milli-mənəvi dəyərlərimizin aşılanmasına xidmət edir.