Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edib.
Tədbirə Agentliyin əlilliyi olan uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisəsinin sakinləri və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xidmət göstərilən uşaqlar cəlb ediliblər.
Dəniz kənarında uşaqlar üçün interaktiv oyunlar, müxtəlif animatorlarla musiqili şou, rəsm və qum terapiyası, köpük və alov şou təşkil edilib. 30-dək uşağın iştirak etdiyi turun məqsədi onların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyasına dəstək göstərməkdir.
Tədbir uşaqların sevincini əks etdirən rəngarəng görüntülərlə yadda qalıb.