Sumqayıt Sosial Xidmət Kabineti

Sumqayıt Sosial Xidmət Kabineti 2022-ci ilin iyul ayından fəaliyyət göstərir. 
Kabinetin əsas vəzifəsi 0-18 yaş qrupları üzrə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaradılması üçün sosial-reabilitasiya xidmətlərini həyata keçirməkdir.

Sumqayıt Sosial Xidmət Kabineti əhatə dairəsi:
•    18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
•    Gözlə görülə bilən inkişaf ləngiməsi olan uşaqlar;
•    Sosial-psixoloji yardım  xidmətinə ehtiyacı olan şəxslər (ailələr); 
•    Repatriasiya olunmuş şəxslər;
•    Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərdir.

Sosial Xidmət Kabinetində fəaliyyət göstərən ixtisaslı sosial işçi, psixoloq və loqoped tərəfindən müraciət edən şəxslərin reabilitasiya xidmətlərinə ehtiyac meyarını müəyyən etmək üçün qiymətləndirilmə işi aparılır. Nəticələrə uyğun olaraq, çətin həyat şəraitində olan şəxslərə sosial reabilitasiya xidməti göstərilir.

Müraciət qaydaları:

Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Abşeron-Xızı regional filialına (Sumqayıt şəhəri 9 mkr. Qəlb klinikasının yanı) müraciət edə bilərlər.
Sosial Xidmət Mərkəzinə qəbul növbəlilik əsasında həyata keçirilir. Müraciət edən ailənin məlumat forması doldurulduqdan sonra şəxsin ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq fərdi inkişaf planı hazırlanır. 

Şəxslərin mərkəzə qəbulu zamanı aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;
4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
5. 3 x 4 ölçüdə 1 ədəd fotoşəkil.

Mərkəzin ünvanı:  Sumqayıt şəhəri, 9-cu mkr, Zülfi Hacıyev 266