Yasamal Sosial Xidmət Mərkəzi

Yasamal Sosial Xidmət Mərkəzi 2024-cü ilin iyun ayından fəaliyyət göstərir. 
Mərkəzin əsas vəzifəsi 0-18 yaş qrupları üzrə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaradılması üçün sosial-reabilitasiya xidmətlərini həyata keçirməkdir.
 

Yasamal Sosial Xidmət Mərkəzinin əhatə dairəsi:

•    18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
    Gözlə görülə bilən inkişaf ləngiməsi olan uşaqlar;
    Sosial-psixoloji yardım  xidmətinə ehtiyacı olan şəxslər (ailələr);
    Repatriasiya olunmuş şəxslər;
    Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərdir.

Sosial Xidmət Mərkəzində fəaliyyət göstərən ixtisaslı sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən müraciət edən şəxslərin reabilitasiya xidmətlərinə ehtiyac meyarını müəyyən etmək üçün qiymətləndirilmə işi aparılır. Nəticələrə uyğun olaraq, çətin həyat şəraitində olan şəxslərə sosial reabilitasiya xidməti göstərilir.
 

Müraciət qaydaları:

Mərkəzin xidmətlərindən yararlanmaq üçün Sosial Xidmətlər Agentliyinə və Agentliyin Bakı filialına (Sabunçu ray., Bakıxanov qəs., Yavər Əliyev 1. Məhkəmənin yanı.) müraciət etmək mümkündür.
Sosial Xidmət Mərkəzinə qəbul növbəlilik əsasında həyata keçirilir. Müraciət edən ailənin məlumat forması doldurulduqdan sonra şəxsin ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq fərdi inkişaf planı hazırlanır. 
 

Şəxslərin mərkəzə qəbulu zamanı aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;
4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
5. 3 x 4 ölçüdə 1 ədəd fotoşəkil.

Mərkəzin ünvanı: Həsənbəy Zərdabi prospekti 87A