1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi

Müəssisə 2011-ci ildə Xəzər kiçik qrup evi olaraq inşa edilib. 2012-ci ildən isə 1 saylı Ailə tipli kiçik qrup evi kimi fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarı ilə Təhsil Nazirliyinin, 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.

Sosial xidmət müəssisəsi öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa (himayəyə) və himayədar ailəyə verilməsi mümkün olmayan çətin həyat şəraitində olan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanılmasını, bu müddətdə onların təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin edir.
Burada  “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedoqoji və tibbi-sosial xidmətlər ilə təmin olunurlar. Əqli və fiziki inkişafında pozuntu olan, təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və sosial-pedaqoji yardım göstərilir.


Xidmətə qəbul üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

•    uşağın şəxsiyyətini təsdiq edən sənədin surəti 
•    valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
o    Qeyd 1: nikahdankənar doğulduğu təqdirdə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən müvafiq arayış
o    Qeyd 2: valideyn (valideynlər) vəfat etmişdirsə, ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  qeydiyyat şöbələrinin arayışı;
o    Qeyd 3: valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti
•    valideyn (valideynlər) valideynlik hüququndan məhrum edilmişdirsə və ya valideynlik hüquqları məhdudlaşdırılmışdırsa, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti
•    valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
•    valideynin (valideynlərin) daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən sənəd və valideynlər vəfat etmişdirsə onların ölümündən sonra qalmış əmlakın saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat
•    uşağın ailə başçısını itirməyə görə əmək pensiyası, sosial müavinət alması barədə məlumatı əks etdirən müvafiq sənəd, aliment ayrılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti
•    yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə uşağın sağlamlığı haqqında tibbi arayış

Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
 

Qeyd: 1 saylı Ailə tipli kiçik qrup evi yalnız qız uşaqları üçün sosial xidmət göstərir. Müəssisə 12 yerlikdir.
Ünvan: Bakı şəhəri, Xəzər rayon Süvəlan qəsəbəsi Almas İldırım küçəsi 43A