1 saylı psixonevroloji sosial xidmət müəssisəsi

1 saylı psixonevroloji sosial xidmət müəssisəsi

1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərir. Müəssisə 1974-cü ildə təsis olunub, 1 dördmərtəbəli və 1 ikimərtəbəli tikililərdən ibarətdir.

Müəssisənin əsas vəzifəsi əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirməkdir.

Müəssisədə 217 sakinin yerləşdirilməsi üçün bütün lazımi şərait yaradılıb, 70 nəfərlik akt zalı-kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün mərtəbələrdə 5 ədəd yeməkxana, 1 ədəd mərkəzləşdirilmiş mətbəx, gözəllik salonu, asudə vaxtlarən təşkili və istirahət guşələri, 5 ədəd izolyasiya otağı, 5 ədəd tibb otağı təşkil edilib və müxtəlif növ mebel və avadanlıqlarla təmin edilib. Müəssisədə yaşayan sakinlərə tibbi, sosial və məişət xidməti göstərilir. Sakinlər gündə 3 dəfə qida ilə təmin olunur. Günün müəyyən olunmuş saatlarında gəzintiyə çıxardılır, istirahət edirlər. Müəssisə daxilində əyləncə proqramlarına cəlb olunurlar. Qismən özünü normal dərk edən sakinlər müxtəlif əl işlərinə və idman oyunlarına cəlb olunurlar.


Müraciət qaydaları:

Müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;

4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi, 20/22