2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi

   Müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 398 nömrəli Sərəncamına əsasən 2016-cı ildə oğlanlar üçün Lənkəran şəhər 2 nömrəli Ailə tipli kiçik qrup evi kimi inşa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.

   Sosial xidmət müəssisəsi öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa (himayəyə) və himayədar ailəyə verilməsi mümkün olmayan çətin həyat şəraitində olan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanılmasını, bu müddətdə onların təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin edir.

   Burada “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uygun xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedoqoji və tibbi-sosial xidmətlər ilə təmin olunurlar. Əqli və fiziki inkişafında pozuntu olan, təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və sosial-pedaqoji yardım göstərilir.

   Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.

   Qeyd: 2 saylı Ailə tipli kiçik qrup evi yalnız oğlan uşaqları üçün sosial xidmət göstərir. Müəssisə 12 yerlikdir.

   Ünvan: Lənkəran şəhəri M.M.Axund küçəsi 43