3 saylı psixonevroloji sosial xidmət müəssisəsi

3 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1958-ci ildən fəaliyyət göstərir. 1958-ci ildən 2011-ci ilədək İctimai Təminat Nazirliyinin nəzdində “8 saylı Əlillər evi” kimi fəaliyyətini davam etdirib.

2011-ci ildən 23 aprel 2015-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “8 saylı ruhi-əsəb təmayüllü internat evi” adlandırılıb. Həmin tarixdən 2016-cı ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi” adlandırılıb.

15 oktyabr 2016-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “3 saylı Psixonevroloji  sosial xidmət müəssisəsi”, 25 avqust 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin  “3 saylı psixonevroloji sosial xidmət müəssisəsi” adlandırılıb.

Müəssisə öz fəaliyyətində Nizamnaməyə uyğun olaraq benefisiarların qəbulu, qəbul edilmiş benefisiarlara keyfiyyətli sosial xidmətin göstərilməsini, onların yaşlarına və psixi sağlamlıq vəziyyətlərinə görə həyata keçirilməsini, benefisiarların hüquq və mənafelərinin müdafiəsini, qida normalarına uyğun olaraq sağlam və keyfiyyətli qida məhsulları ilə təminatını, normativə uyğun olaraq yumşaq inventar və geyim əşyaları ilə təmin edilməsini, o cümlədən benefisiarların asudə vaxtlarının səmərəli keçirilməsini, ilk tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkilini, reabilitasiya xidmətlərini, psixoloji və psixiatrik yardımın təşkilini həmçinin sanitar gigiyena və əks epidemik rejimin təşkilini həyata keçirir.

 

Müraciət qaydaları:

Müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;

4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

Müəssisənin ünvanı: Göygöl rayonu, Qırıqlı kənd