3 saylı Uşaq evi sosial xidmət müəssisəsi normativ üzrə 95 yerlik olmaqla, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün yaradılmış bir müəssisədir.
Müəssisə 1976-cı ildə körpələr evi uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən Uşaq evi kimi fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Burada “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir.
Sosial xidmət müəssisəsində uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətləri ilə təmin olunurlar. Uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılırlar.
Xidmətə qəbul üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:
• uşağın şəxsiyyətini təsdiq edən sənədin surəti
• valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
o Qeyd 1: nikahdankənar doğulduğu təqdirdə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən müvafiq arayış
o Qeyd 2: valideyn (valideynlər) vəfat etmişdirsə, ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin arayışı;
o Qeyd 3: valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti
• valideyn (valideynlər) valideynlik hüququndan məhrum edilmişdirsə və ya valideynlik hüquqları məhdudlaşdırılmışdırsa, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
• valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
• valideynin (valideynlərin) daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən sənəd və valideynlər vəfat etmişdirsə onların ölümündən sonra qalmış əmlakın saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;
• uşağın ailə başçısını itirməyə görə əmək pensiyası, sosial müavinət alması barədə məlumatı əks etdirən müvafiq sənəd, aliment ayrılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
• yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə uşağın sağlamlığı haqqında tibbi arayış.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
Ünvan: Bakı şəhəri Xətai rayonu Lütfüzadə, 38