4 saylı psixonevroloji sosial xidmət müəssisəsi

4 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir. Bina 3 mərtəbədən və 56  otaqdan ibarətdir. Mərkəz 110 çarpayılıqdır.

Müəssisə 1971-ci ildən 1989-cu ilin sonunadək 5 saylı Qocalar və Əlillər üçün İnternat evi, 1990-ci ildən 1999-cu ilin sonunadək Təqaüdçülərə Sosial Xidmət Göstərən Ərazi Mərkəzi, 2000-ci ildən 2020-ci ilin avqust ayınadək Gəncə Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzi, 2020-ci ilin avqust ayından indiyədək 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi adı ilə fəaliyyətini davam etdirir.

Müəssisə yarandığı gündən bu günədək kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət göstərir.


Müraciət qaydaları:

Müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;

4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

Müəssisənin ünvanı: Gəncə şəhəri, Qurtuluş küçəsi, 77