6 saylı Uşaq evi sosial xidmət müəssisəsi normativ üzrə 80 yerlik olmaqla, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün yaradılmış bir müəssisədir.
Müəssisə 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayıb, 1988- ci il 18 fevral tarixindən Şəki Qarışıq Tipli Uşaq evi adı ilə fəaliyyətini davam etdirib.
2017-ci ildə Azərbaycan Respublikasının Vitse- Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zərifə Əliyeva küçəsi, 80 ünvanında yeni binanın inşasına başlanıb, 2018-ci ildə Uşaq evinin sakinlərinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2013-cü il tarixli 1941 nömrəli Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2023 - cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Müəssisədə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Burada uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətləri ilə təmin olunurlar. Uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılır.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
Ünvan: Şəki şəhəri Zərifə Əliyeva küçəsi 80