Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi 1964-cü ildən fəaliyyət göstərir. 1964-1989-cu illərdə 10 saylı Qocalar və Əlillər evi, 1989-2015-ci illərdə Müharibə və Əmək Əlilləri üçün Pansionat, 2015-2020-ci illərdə Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsi, 2020-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi adı ilə fəaliyyətini davam etdirir.
Son illərdə bu sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Müəsissədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. əşyalarla təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi, 24 ünvanında yerləşir.
Müraciət qaydaları:
Müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllar qəbul edilir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. Şəxsiyyəti təsdiq edən sənəd;
2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı (olduğu halda);
4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
5. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.
Qeyd: Ərizə Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə daxil olduğu gündən 10 iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. 5 iş günü müddətində Agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.
Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi, 24