Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi

Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" 2017-ci ildə fəaliyyətə başlayıb.

Müəssisədə “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsi”, ”Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi”, “Görmə imkanı məhdud şəxslərin sosial reabilitasiya şöbəsi”, “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsi” nizamnaməyə uyğun olaraq qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq xidmətlər göstərir.

Müəssisəyə aşağıdakı həssas kateqoriyalardan olan şəxslər qəbul edilirlər:

1.baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 4 yaşdan yuxarı yetkinlik yaşına çatmayan;

2. müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər;

3. 5-29 yaşlı görmə qabiliyyəti məhdudluğu olan şəxslər.

Qeyd: Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər müəssisəyə qəbul edilmirlər.

 

Müraciət qaydaları:

Müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 4 yaşdan yuxarı yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, 5-29 yaşlı görmə qabiliyyəti məhdudluğu olan şəxslər qəbul edilir.

Qeyd: Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər müəssisəyə qəbul edilmirlər.

Şəxslərin müəssisəyə qəbulu aşağıdakı qaydada aparılır:

1. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların özünün, yaxud 10 yaşına çatmış uşağın arzusu (arzusunun nəzərə alınmasının onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla) ilə onun valideynlərinin, qohumlarının, digər qanuni nümayəndələrinin (qəyyumunun, himayəçisinin), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, bələdiyyələrın, qeyri-hökumət təşkilatlarının müraciətləri və şəhər, rayon polis orqanının uşağın müəssisəyə yerləşdirilməsi haqqında müvafiq qərarı əsasında;

2. Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin özlərinin müraciəti və ya Azərbaycan Respublikasının daxili işlər və ya yerli icra hakimiyyəti orqanlarının, həmçinin bələdiyyələrin göndərişləri əsasında;

3. Görmə qabiliyyəti məhdud şəxslərin özlərinin, onların valideynlərinin və ya qohumlarının, digər qanuni nümayəndələrinin (qəyyumunun, himayəçisinin), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının müraciətləri əsasında.

 

Qeyd: Müraciətlər Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim edilir. Müraciət etmiş şəxs Agentliyin yerli qurumlarının sosial xidmət sektorunun əməkdaşı və ya Mərkəzin sosial işçisi tərəfindən qəbul edilir və müraciəti dinlənilir. 10 iş günü müddətində şəxslərin müəssisəyə qəbulu və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci