İnsan alveri qurbanlarına yardım mərkəzi

İnsan alveri qurbanlarına yardım mərkəzi

Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2009-cu ilin mart ayından fəaliyyət göstərir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. insan alveri qurbanlarının camiyyətə reinteqasiyasına, normal həyat tərzinə qayıtmalarına köməklik göstərilməsi məqsədilə reabilitasiya tədbirlərinin həyata keçirilməsi, habelə insan alverinin qurbanları və insan alverinin potensial qurbanları ila sosial işin aparılması, onlara sosial xidmətlərin göstərilməsi və qulluğun təşkili;

2. insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi, onlara və ailə üzvlərinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədilə psixoloji yardımların göstərilməsi;

3. insan alveri qurbanlarının tibbi reabilitasiyası pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrinin aradan qaldırılması, psixoloji, fizioloji və anatomik pozuntuların tam və ya qismən bərpası;

4. insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsi, təhsillərinin davam etdirilməsi ilə bağlı köməklik göstərilməsi;

5. insan alveri qurbanlarının və insan alverinin qurbanı olması ehtimal olunan şəxslərin müvəqqəti yaşaması üçün sığınacaqla təmin edilməsi;     

6. ölkədə insan alveri hallarının yaranmasının səbəblərinin araşdırılması bunların aradan qaldırılmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili,

7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülməsi.

 

Müraciət qaydaları:

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qurbanların adlı siyahısı daxil olduğu təqdirdə onlara sosial-hüquqi, psixoloji və tibbi yardımlar göstərilir.   

Müəssisənin ünvanı:  Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 87 A