Lənkəran şəhər O. Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsi 1941-ci ildən N.Krupskaya adına 3 nömrəli uşaq evi kimi fəaliyyətə başlayıb. Uşaq evinin yeni binası 1989-cu ilin sentyabr ayında istifadəyə verilib.
Müəssisə 3 korpusdan ibarətdir və idman zalı, kompüter otağı, kitabxana, oxu zalı, emalatxana, toxuculuq otağı və tədris otaqları ilə təchiz edilib. 2007-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli 436 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Müəssisədə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir.
Burada uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətləri ilə təmin olunurlar. Uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılırlar.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir.
Qeyd: Müəssisə hazırda əsaslı təmirə bağlanıb.
Ünvan: Lənkəran şəhər 20 Yanvar küçəsi 20