2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin XI Sidney Yay Paralimpiya oyunlarında iştirak etmiş paralimpiyaçılarla görüşündə əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə qərar verilib.
Kompleksin tikintisinə 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Sumqayıt şəhərində başlanıb və 2008-ci il avqustun 28-də idmançıların istifadəsinə verilib. Kompleksin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
2008-ci ildən 2020-ci ilədək Paralimpiya İdman Kompleksi, 25.08.2020-ci il tarixindən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi kimi fəaliyyət göstərir.
Kompleksin strukturu 3 (üç) şöbədən ibarətdir: İnzibati idarəetmə heyəti, idman şöbəsi, təsərrüfat və xidmət şöbəsi.
İdman şöbəsi əlilliyi olan şəxslər üçün idman məşğələlərinin təşkil edilməsi, idman növləri üzrə məşq vaxtlarının bölgüsünün aparılması, peşəkar idmanla məşğul olan əlilliyi olan şəxslərin idman yarışlarına hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, Kompleksdə idmanla məşğul olan əlilliyi olan şəxslərə ilkin tibbi yardımın təşkil edilməsi, tibbi məsləhətlər verilməsi, ehtiyacı olanların müalicə-profilaktika müəssisələrinə göndərilməsinin təmin edilməsi, kütləvi Bədən tərbiyəsi və idman yarışların keçirilməsini (idman növləri üzrə) həyata keçirir.
Həkim rəyi əsasında yaradılmış idman növlərinin bölmələri üzrə əlillər, Qarabağ veteranları, şəhid ailə üzvləri və həmçinin əlil idmanın sağlam idmana inteqrasiyasını təmin etmək məqsədi ilə əlil olmayan şəxslər qəbul edilir.
Müraciət qaydaları:
İdmanla məşğul olmaq və idman bacarıqlarını artırmaq istəyən əlilliyi olan şəxslər Kompleksin yerləşdiyi ünvana (Sumqayıt şəhəri, Niyazi küçəsi 47) yaxınlaşaraq müraciət edə bilərlər.
Müəssisənin ünvanı: Sumqayıt şəhəri, Niyazi küçəsi, 47-ci məhəllə