“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.
“Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili” layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.
“Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin şəxslərə sanatoriya-kurort putyovkaları ilə təmin olunması, onların tibbi və sosial-psixoloji reabilitasiyaya cəlb edilməsi və bu xidmətlərin nəticəsində bərpası və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.
“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, müvəqqəti və ya alternativ qayğı müəssisələrinə yerləşdirilməsini təmin etməkdir.
“Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” layihəsinin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların cəmiyyətə inteqrasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirilməsidir.
“Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi ailə üzvləri ilə birgə yaşamayan çətin həyat şəraitində olan ahıllara günərzi xidmətləri göstərəcək Mərkəzin fəaliyyətinin təşkilidir.
“Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarını səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.
“Novruz bayramı” münasibətilə Şəhid övladları üçün bayram tədbirlərinin təşkili” layihəsinin məqsədi şəhid övladlarının cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarını səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.
“Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması” layihəsinin məqsədi əlilliyi olan şəxslər arasıda idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakının təşkilidir.
“Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi sosial həssas qruplardan olan uşaqların emosional vəziyyətlərinin yaxşılaşdırılması, onların sosial-emosional bacarıqlarının artırılması, uşaqlar arasında sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtlarının səmərəli təşkil olunması layihənin əsas məqsədidir.
“Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması” layhihəsinin məqsədi eşitmə məhdudiyyətli şəxslər arasında idman tədbirləri, yerli və beynəlxalq yarışlarda iştiraka hazırlıq məqsədi ilə təlim-məşq görüşlərinin, kütləvi tədbir və idman yarışlarının keçirilməsi, habelə onların beynəlxalq yarışlarda iştirakının təşkil olunmasıdır.
“Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili” layihəsinin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə düşünülmüş inteqrasiyasının, şəxsiyyətlərarası ünsiyyət və mədəni inkişafı üçün şəraitin yaradılması və bədii yaradıcılıq fəaliyyətinə cəlb edilməsinin təmin edilməsidir.
“Əlilliyi müəyyən olunmuş şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrinin hazırlanması” layihəsinin məqsədi əlilliyi olan yaradıcı şəxsləri peşəkar səhnəyə çıxarmaqla, onların potensialını cəmiyyətə nümayiş etdirmək və onların simasında dövlətin fiziki məhdudiyyətli insanlara özlərini ifadə etmə imkanlarının yaratmasını təqdim etməkdir.
“Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması” layihəsinin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün özünə inam hissinin artırılmasının təmin edilməsidir.
“Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin məqsədi əlilliyin düzgün dərk edilməsi ilə bağlı cəmiyyətin maarifləndirilməsi və mövcud stereotiplərin aradan qaldırılması üçün video materialların hazırlanmasıdır.
“Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsinin məqsədi eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılmasıdır.
“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” layihəsinin məqsədi şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətin göstərilməsi ilə əlaqədar təbliğat və maarifləndirilmə işlərinin həyata keçirilməsi üçün müxtəlif sosial reklamlar, çarxlar və qısametrajlı filmlərin çəkilməsi, eyni zamanda təşviq edilməsinin təmin olunmasıdır.
“Vətən mühribəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi” layihəsinin məqsədi vətən müharibəsi və ondan sonrakı dövr şəhidləri və əlilləri haqqında, keçdikləri döyüş yolunun gələcək nəsillərə örnək olması istiqamətində qəhrəmanlıqlarının nümunə göstərilməsi və adlarının əbədiləşdirilməsi üçün geniş informasiya resursunun imkanlarının genişləndirilməsidir.
“Görmə imkanı məhdud olan şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi görmə imkanları məhdud olan insanların maarifləndirmə imkanlarının asanlaşdırılması və cəmiyyətə inteqrasiyasına köməklik edilməsi, onların əyləncə və elmi biliklərinin artırılması istiqamətində innovativ təşəbbüsün həyata keçirilməsindən ibarətdir.
“Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsinin məqsədi görmə imkanları məhdud şəxslərin (və ya uşaqların) cəmiyyətə inteqrasiya olunmalarının, informasiya müyəssərliyinin təmin edilməsi və bu təşəbbüsün təbliğinin dəstəklənməsi məqsədi ilə kitabların və dərsliklərin, o cümlədən hekayələrin, şeirlərin və müvafiq qanunvericilik aktlarının müyəssər formatda hazırlanmasıdır.
“Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsinin məqsədi şəxsiyyətin və cəmiyyətin narkomaniyanın istənilən formalarından müdafiə olunması, həmçinin narkomaniya ilə mübarizənin hüquqi bazasının təkmilləşdirilməsində, bütövlükdə bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində yerli QHT-lərin rolunun artırılmasıdır.
“Sosial işin idarə edilməsi” (“Keys menecment”) üzrə təlimlərin təşkili” layihəsinin məqsədi “Sosial işin idarə edilməsi” (“Keys menecment”) sisteminin aparılması ilə bağlı təlimlərin keçirilməsinin təşkil olunması, o cümlədən sosial işçilərin təlimlərdə əldə etdiyi bilik və səriştələri praktik fəaliyyətdə tətbiq etmək bacarıqlarının formalaşdırılmasıdır.
“Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları (18 yaşınadək əlilliyi müəyyən edilmiş) üçün Yeni İl şənliyinin təşkili” (Bakı, Abşeron və Sumqayıt üzrə) layihəsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarının asudə vaxtlarının səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.