Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması” , “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”, “Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılması” və “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” adlı müsabiqələr keçirir
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 14 oktyabr 2024-cü il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 15 oktyabr 2024-cü il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)
Müsabiqə komissiyası