Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 12 mart 2025-ci il tarixində saat 11:00-da Masallı şəhərində “Himayədar Ailə” qayğı modeli mövzusunda ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5323) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Lənkəran-Astara regional filialına yaxınlaşa bilərlər.