22.05.2024

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində təşkil edilən tədbirdə iştirakçılara Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidmətinin mahiyyəti, həmçinin digər maarifləndirici məlumatlar verilib.
Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva və digər çıxışçılar Agentliyin fəaliyyəti, 1 iyun tarixinin əhəmiyyəti, eləcə də uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, bu kimi hallarla mübarizə yollarından danışıblar.

Sonra liseyin şagirdləri və işçi heyətini maraqlandıran suallar cavablandırılıb.