Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirici görüş keçirilib.
“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən görüşdə müəssisənin sakinləri və valideynlər iştirak edib.
Müəssisənin direktoru Sevinc Məlikova burada göstərilən sosial xidmətlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial reabilitasiyası və adaptasiyası istiqamətində görülən işlərdən danışıb.
Həmçinin uşaqların hüquqlarının qorunması sahəsində ölkəmizdə mövcud olan qanunvericilik və həyata keçirilən mühüm layihələr diqqətə çatdırılıb.
Sonda müəssisə sakinlərinin ifasında rəqs, şeir və musiqi nümunələri təqdim edilib.