Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün hippotur təşkil olunub.
Agentlik və Baku Golden Horse terapevtik və təhsil mərkəzinin birgə təşkil etdiyi hippoterapiyada (atlar ilə terapiya) xüsusi qayğıya ehtiyacı olan 15-ə yaxın uşaq iştirak edib.
Hippoterapiyanın əsas məqsədi iştirakçıların at üzərində hərəkətini təşkil etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edir.
Bu kimi tədbirlər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq xarakteri daşıyır.