07.06.2024

“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə qeyd olunan İnsan Hüquqları Günü ilə bağlı hər il ənənəvi keçirilən "18 may -18 iyun İnsan Hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsində keçirilən tədbirdə insan hüquqları aylığının əhəmiyyəti, insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Sosial Xidmətlər Agentliyinin, Ombudsmanın Qərb Regional Mərkəzinin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının nümayəndələrinin və 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda çıxışlar edilib.

Qeyd olunub ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atılır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumatlar verilib.

Sonda müəssisənin qadın sakinlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.